27 aprel 2025, bazar Bakı, 15°C
IMG-LOGO

Yaponiyada yaşlılara bankomatlarda telefondan istifadə qadağan edilib

26-04-2025
IMG

Yaponiyada telefon fırıldaqlarından ən çox zərər çəkən ərazilər arasında Osaka yaşlıları qorumaq üçün sərt tədbirlər tətbiq edən ilk şəhər oldu. Osaka Yaponiyada 65 və yuxarı yaşda olan insanlara mobil telefonla danışarkən bankomatlardan istifadəni qadağan edən ilk prefektura olacaq. Yerli KİV-in məlumatına görə, qərar yaşlıları hədəf alan telefon fırıldaqlarının qarşısını almaq məqsədi daşıyır. Heç bir cəza nəzərdə tutulmasa da, məqsəd dələduzluğun qarşısını almaq və pul oğurlamaq üçün özünü yaşlı insanların və ya məmurların qohumları kimi təqdim edən dələduzlara qarşı maarifləndirilməkdir.

Paylaş: