26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Yol qəzası bu dəfə daha çox məktəblilərin istifadə etdiyi svetoforu yararsız vəziyyətə saldı

25-04-2025
IMG

Ötən gün axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 300 nömrəli tam orta məktəbin qarşısında qeydə alınan qəza zamanı piyada svetoforu sıradan çıxıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəz tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

Paylaş: