Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.
Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət...
“4Sİ Akademiyası – Milli Proqram”...
“Azərkosmos” kosmik təhsil sahəsində...
Dərslik layihələrinə dair ictimai rəyin...
“Heydər Əliyev və dini tolerantlıq”...