26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

26-04-2025
IMG

Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında növbəti medallarını qazanıb.

Fhnews.az xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) üçüncü yer uğrunda görüşdə rəqiblərinə qalib gələrək bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) və Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal qazanıblar.

Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Paylaş: