26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Sloveniyada İkinci Dünya Müharibəsindən qalma sursat partlayıb

25-04-2025
IMG

Sloveniyada 2 işçinin tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qaldığı güman edilən sursatların partlaması nəticəsində ağır yaralandığı bildirilir.

Polisin verdiyi açıqlamada, bu gün paytaxt Lyublyana yaxınlığındakı tikinti sahəsinin Rozna Doline ərazisində partlayış baş verib.

 Açıqlamada partlayış nəticəsində 2 işçinin ağır yaralandığı vurğulanıb.Yaralıların həyatı hələ də təhlükə altındadır.

Polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb və partlayışla bağlı araşdırma başlayıb.

Paylaş: