Tovuzda Bozalqanlı kəndində baş vermiş yanğın södürülüb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Bozalqanlı kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 40 m² olan köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evə keçməsinə imkan verilmədən qısa müddətdə södürülüb.
Yanğın nəticəsində köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının plastikdən ibarət pəncərə çərçivəsi və içərisində olan 1 ədəd dolab yanıb.
Ev yanğından mühafizə olunub.
Mənzildə bağlı qapı arxasında qalan uşaq...
Liftdə qalan 1 uşağa müvafiq köməklik...
Biləsuvar sakinini ilan sancıb...
Şabranda minik avtomobili yük maşını ilə...
Liftdə qalan 2 nəfərə müvafiq köməklik...