DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb
Aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Həmin məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar oğurlanır, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vurulur.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.
Ötən gün əksər rayonlarda hava şəraiti...
Sabah bəzi yerlərdə havanın arabir...
FHN-in Sumqayıt Regional Mərkəzi...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
DİN: Ötən gün vətəndaşların bank...