FHN Aviasiya dəstəsi ağacəkmə aksiyası keçirib
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Dəstənin şəxsi heyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Dəstənin əməkdaşları tərəfindən eldar şamı, küknar, zeytun və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
DİN: Ötən gün vətəndaşların bank...
Azərbaycanda Çernobıl əlillərinin sosial...
DİN: Ötən illə müqayisədə cinayətlərin...
Milli Məclisin Səhiyyə komitəsinin...
“Konstitusiya və Suverenlik İli”...