26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Cənubi Koreyada konqres mərkəzində yanğın baş verib

25-04-2025
IMG

Cənubi Koreyanın paytaxtı Seulda “COEX” Konqres və Sərgi Mərkəzində baş verən yanğın panikaya səbəb olub. Nəhəng metropolün ən dəbdəbəli ərazilərindən biri olan Qanqnam rayonunda yerləşən “COEX”  Konqres və Sərgi Mərkəzində yerli vaxtla səhər saat 11:00 radələrində yanğın baş verib.

Xəbərdarlıqdan sonra əraziyə 33 yanğınsöndürən maşını və 121 canlı qüvvə göndərilib, bina qısa müddətdə boşaldılıb.Təxminən yarım saatlıq gərgin işlərdən sonra nəzarət altına alınan yanğının binanın 2-ci mərtəbəsindəki restoranda başladığı müəyyən edilib. Yanğın zamanı ölən və yaralananların olmadığı bildirilib.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

Paylaş: