26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Çin kosmosun sirli “sandığ”ını  açır

25-04-2025
IMG

Çin Milli Kosmik İdarəsi ABŞ da daxil olmaqla 6 ölkənin alimlərinə “Chang'e-5” missiyası tərəfindən Aydan toplanan torpaq və qaya nümunələrinin tədqiqinə icazə verəcəyini açıqlayıb.

NASA tərəfindən maliyyələşdirilən iki ABŞ agentliyi Ay nümunələrinə çıxış əldə edəcək. Çin Milli Kosmik İdarəsinin sədri San Jongde, nümunələrin "bütün bəşəriyyət üçün ortaq bir xəzinə" olduğunu söyləyib.

Donald Trampın Avropa və xüsusilə Çinə qarşı ticarət müharibəsi fonunda Çinin bu qərarını açıqlamasının vaxtı və NASA-nın Ay nümunələrinin Çin alimləri üçün əlçatan olmaması müzakirə mövzusu olub. 2011-ci ildə qəbul edilmiş qanuna əsasən, NASA-nın Konqres tərəfindən xüsusi icazə verilmədiyi təqdirdə Çin və ya hər hansı Çin şirkəti ilə iş görmək qadağandır.

“Chang'e-5” missiyasının geri gətirdiyi Ay nümunələrinin yarım əsr əvvəl əfsanəvi Apollon kosmik proqramının astronavtlarının Yerə gətirdiyi nümunələrdən bir milyard il gənc olduğu təxmin edilir və buna görə də böyük elmi maraq doğurur, çünki onlar Ayda geoloji proseslərlə bağlı naməlum faktları ortaya çıxara bilər.

Çinin Ay nümunələri ABŞ-dakı Braun Universiteti və Stony Brook Universitetləri, həmçinin Fransa, Almaniya, Yaponiya, Pakistan və Böyük Britaniyadakı akademik qurumlar üçün əlçatan olacaq.

Paylaş: