Azərbaycanın daha beş cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Fhnews.az xəbər verir ki, üçüncü yarış günündə kişilər arasında Zelim Tçkayev (81 kiloqram) Aurelien Bonferronini (İsveçrə), Ömər Rəcəbli (81 kiloqram) Con Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibini, Murad Fətiyev (90 kiloqram) Aleksander Sidoryiki (İJF) sınağa çəkəcək.
Qadınlarda isə Südabə Ağayeva (70 kiloqram) Adelina Novitzki (İsrail), Günel Həsənli (70 kiloqram) Anna Olinkorniko (Ukrayna) ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) və Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal qazanıblar.
Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Azərbaycan cüdoçuları Avropa...
Azərbaycanla FIBA arasında mövcud və...
"Azərreyl"in kişi voleybol komandası da...
Azərbaycanla Avropa Voleybol...
Azərbaycanın paralimpiya çempionu...