26 aprel 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Qədim sivilizasiyaya işıq saçan 5000 illik məzar

25-04-2025
IMG

Arxeoloqlar Perunun şimalında məşhur Caral sivilizasiyasına aid məzar tapdıqlarını açıqlayıblar. Aşkar edilən məzarın Amerika qitəsinin ən qədim sivilizasiyasından olan zadəganlara aid olduğu və öldüyü zaman onun 35 yaşından kiçik olduğu müəyyən edilib.

"Biz Aspero balıqçı şəhərində bir zadəgan qadının məzarını tapdıq. Bədəndə aparılan müalicələr nəticəsində dəri, dırnaq və saçlar qorunub saxlanılıb", - deyə arxeoloqlar bildiriblər. Məzardan tapılan əşyalar 5000 illik sivilizasiyanın həyatına işıq salır. Bu pambıq parça və həsir bağlamaları arasında macav kimi meşə quşunun tükündən hazırlanmış mavi tüklü yorğan da tapılıb. 

Mütəxəssislər bildirirlər ki, tapıntı qadınların qədim sivilizasiyada mühüm rol oynadığını göstərir.

Bildirilir ki, 5 min il əvvəl Perunun şimalında inkişaf edən Caral sivilizasiyası Amerika qitəsinin ən qədim sivilizasiyası kimi tanınır.

Qədim Misir, Hindistan və Şumer sivilizasiyaları ilə eyni dövrdə inkişaf edən bu sivilizasiyanın xarici aləmdən tamamilə təcrid edildiyi düşünülür.

Paylaş: