Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın Arxiyepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından başsağlığını çatdırıb.
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Milli Məclisin sədri Sahibə Qafarova...
Azərbaycan COP29 Sədrliyinin ilk milli...
Ötən gün əksər rayonlarda hava şəraiti...
Sabah bəzi yerlərdə havanın arabir...