Kandilli rəsədxanası : "Afterşoklar 15-20 kilometrlik ərazidə cəmləşib"
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu İstanbulda baş verən zəlzələdən sonra dərc etdiyi hesabatda 445 artçı təkanın qeydə alındığını bildirib. Hesabatda afterşokların ümumiyyətlə Mərkəzi Mərmərə və Kumburgaz seqmentləri arasında 15-20 kilometrlik ərazidə cəmləşdiyi vurğulanıb.Hesabatdan bəzi məqamları diqqətinizə çatdırırıq:
"Zəlzələ Mərmərə Bölgəsi və ətraf əyalətlərdə hiss olunub. Zəlzələnin episentrində instrumental intensivlik MMI 8, yaşayış məntəqələrində instrumental intensivlik dəyəri V-ə çatıb.Zəlzələnin sürətlənməsi qeydləri araşdırıldığında müşahidə edilmişdir ki, strukturların məruz qaldığı spektral sürətlənmə layihədə əsas götürülən spektrdən xeyli aşağıdır.”
Digər tərəfdən, Kandilli Rəsədxanası artçı təkanların bir müddət də davam edəcəyini bildirərək vətəndaşlara riskli hesab edilən binalara girməmələri barədə xəbərdarlıq edib.
İstanbulda baş vermiş zəlzələdən sonra...
Yaponiyada yaşlılara bankomatlarda...
Alimlər iddia edir : Yeni Orlean 2050-ci...
Kandilli rəsədxanası : "Afterşoklar...
Həddindən artıq istiyə davamlı super...