Həddindən artıq istiyə davamlı super metal hazırlanıb
Cənubi Koreyanın Pohang Elm və Texnologiya Universitetinin tədqiqat qrupu mənfi 196 ilə 600 dərəcə arasında həm elastiklik, həm də möhkəmlik saxlaya bilən yeni metal hazırlayıb.
Tədqiqat Dəmir Texnologiyası İnstitutunun Materialşünaslıq və Mühəndislik Departamenti və Maşınqayırma Departamenti ilə əməkdaşlıqda həyata keçirilib. "Yüksək entropiyalı ərinti" kimi təsvir edilən metal nikel əsaslı tərkibdən istifadə etməklə istehsal edilmişdir.
Komanda bu yenilikçi material üçün “Hyperadapter” adlandırdıqları konsepsiya hazırlayıb. Ənənəvi metallar tez-tez temperatur dəyişikliklərinə həssas olsalar da, bu yeni metal sabit mexaniki xassələri -196 dərəcə kimi kriogen temperaturdan 600 dərəcə kimi yüksək temperaturlara qədər saxlaya bilir. Pohang Elm və Texnologiya Universitetinin Mexanika Mühəndisliyi Departamentindən professor Hyoung Seop Kim qeyd edib ki, onların hazırladıqları yüksək entropiyalı metal mövcud ərintilərin temperatur müqaviməti həddini keçib.
Bildirilib ki, yeni hazırlanmış bu metal xüsusilə raket və reaktiv mühərriklər, avtomobillərin egzoz sistemləri, elektrik stansiyalarının turbinləri və boru kəmərləri kimi sahələrdə əhəmiyyətli potensiala malikdir.
İstanbulda baş vermiş zəlzələdən sonra...
Yaponiyada yaşlılara bankomatlarda...
Alimlər iddia edir : Yeni Orlean 2050-ci...
Kandilli rəsədxanası : "Afterşoklar...
Həddindən artıq istiyə davamlı super...