27 aprel 2025, bazar Bakı, 14°C
IMG-LOGO

İran və ABŞ arasında danışıqların üçüncü raundu başa çatıb

26-04-2025
IMG

İran dövlət televiziyası İran və ABŞ arasında Maskatda aparılan danışıqların yekunlaşdığını açıqlayıb.Omanda iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik danışıqlar aparılıb. Hələlik tərəflər danışıqların nəticəsi ilə bağlı açıqlama verməyib. 

Qeyd edək ki, 2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.

Nəhayət, aprelin 12-də Tehran və Vaşinqton Omanda dolayı danışıqlar aparıblar.Tərəflər Omanın vasitəçiliyi ilə aprelin 19-da İtaliyanın paytaxtı Romada yenidən görüşüblər. Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.

Paylaş: