İranın Bəndər Abbas limanında güclü partlayış olub
İranın cənubunda Fars körfəzi sahillərində yerləşən Bəndər Abbas limanında baş verən şiddətli partlayış nəticəsində 4 nəfərin həyatını itirdiyi, 516 nəfərin yaralandığı bildirilib.
İran dövlət televiziyasının məlumatına görə, Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhərinin Şəhid Rəcai şəhər limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
Partlayışdan sonra başlayan yanğının söndürülməsi istiqamətində işlər hələ də davam edir.
Partlayışın səbəbinin hələ müəyyən edilmədiyi açıqlanıb. Limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verən hadisədə ilkin olaraq 47 olduğu açıqlanan yaralı sayının son olaraq 406-ya yüksəldiyi açıqlanıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, partlayışın gücündən limandakı bir bina zərər görüb, ətrafdakı binaların şüşələri sınıb.
İstanbulda baş vermiş zəlzələdən sonra...
Yaponiyada yaşlılara bankomatlarda...
Alimlər iddia edir : Yeni Orlean 2050-ci...
Kandilli rəsədxanası : "Afterşoklar...
Həddindən artıq istiyə davamlı super...