ABŞ-da "Helene" qasırğası nəticəsində ölənlərin sayı 227-yə yüksəlib
Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran “Helene” qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı artmaqda davam edir.
Qasırğanın yaratdığı güclü külək və daşqınların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya əyalətlərində açıqladığı ölənlərin sayı 227-yə yüksəlib.
İtkin düşənlərin sayının hələ də qeyri-müəyyən olduğu və ölənlərin sayının arta biləcəyi bildirilir.
Qasırğa səbəbindən bölgədə yüzlərlə yol hələ də nəqliyyatın hərəkəti üçün bağlanıb.
Xatırladaq ki, “Helene” 2005-ci ildə “Katrina” qasırğasından sonra ABŞ ərazisini vuran ən ölümcül qasırğa olub.
Almaniyada quraşdırılan günəş enerjisi...
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Omanda 2-ci beynəlxalq “Su Həftəsi”...
Misirdə yüngül mühərrikli təyyarələrin...
Adolf Hitler haqqında səsləndirilən...