12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Türkiyə ən çox şokolad ixrac edən ilk 10 ölkə sırasındadır

04-02-2025
IMG

Türkiyə ən çox şokolad ixrac edən ölkələr sırasındadır. Beləki, Türkiyədən 185 ölkəyə şokolad ixrac edilir. Sektorun ixrac gəliri 2,2 milyard dollardır. Təkcə 2024-cü ildə sektorda 11 faiz artım olub.

2025-ci il üçün ixrac gəliri hədəfi 4 milyard dollardır.Türkiyə iştirak etdiyi beynəlxalq sərgilər vasitəsilə bu sektorda əldə etdiyi nailiyyətləri dünyaya tanıdır.

Almaniyanın Köln şəhərində keçirilən 54-cü Beynəlxalq Biskvit, Şokolad və Şirniyyat Sərgisində türk məhsulları təqdim olunub.Sərgidə 70 ölkədən 1500 şirkət iştirak edib, Türkiyə 98 şirkətlə ən çox təmsil olunan ölkələrdən biri olub.

Sərginin qapıları çərşənbə gününə qədər ziyarətçilərin üzünə açıq olacaq.

Paylaş: