12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Tokioda qəzaya uğrayan təyyarənin xərci 100 milyon dolları keçəcək

09-01-2024

"Japan Airlines" rəsmiləri Tokionun Haneda hava limanında Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşması nəticəsində təyyarələrindən birinin məhv olmasından sonra 100 milyon dollardan çox əməliyyat itkisi gözlədiyini söyləyib.

Fhnews.az xəbər verir ki, iki yaşlı "Japan Airlines Airbus A350" təyyarəsi Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşduqdan sonra tamamilə yanmışdı. Sərnişin təyyarəsindəki 279 nəfərin hamısı təhlükəsiz şəkildə təxliyə edilərkən, Sahil Mühafizəsinin kiçik təyyarəsindəki 6 ekipajdan 5-i isə həyatını itirmişdi.

Qeyd edək ki, bu model karbon lifi ilə gücləndirilmiş plastik kimi ən müasir materiallarla istehsal edilən yeni nəsil təyyarələrdən biridir.

Paylaş: