12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Texas mehmanxanasında partlayış: 20-dən çox yaralı var

09-01-2024

ABŞ-ın Texas ştatının Fort- Worth şəhərinin mərkəzindəki oteldə partlayış baş verib. Partlayış nəticəsində binanın parçaları yola səpələnib, əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Fort Worth Yanğınsöndürmə İdarəsinin sözçüsü Craiq Trojacek partlayış nəticəsində biri ağır olmaqla 21 nəfərin yaralandığını açıqlayıb. Partlayışın qaz sızması nəticəsində meydana gəldiyinin güman edildiyini bildirən Trojacek dəqiq səbəbin müəyyən edilməsi üçün işlərin davam etdiyini bildirib.

Paylaş: