Sloveniyada mağarada qalan 5 nəfər xilas edildi
Krizna mağarasında 3 gündür qapalı qalan 5 nəfər Sloveniya Mağara Xilasetmə Xidməti qrupları tərəfindən xilas edilib. Xidmətin verdiyi açıqlamada bildirilib ki, Krizna mağarasında qapalı qalanlar üçün başladılan xilasetmə əməliyyatı uğurla tamamlanıb. Yerli vaxtla saat 15.05-də bütün xilasetmə qrupları və insanlar mağaradan çıxıblar.
Xatırladaq ki, iki bələdçi və üç turistdən ibarət heyət yanvarın 6-da yerli vaxtla saat 08:00-da mağaraya girib. Üçüncü bələdçi saat 15:00-da razılaşdırılmış görüş yerinə gəlmədiyi üçün bu barədə uyğun qurumlara məlumat verilib. Mağaraya gedən xilasetmə qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən qapalı qalanları çıxara bilməsələr də, onlara paltar və qida çatdırıblar.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...