İraqda doğum evində baş verən yanğında 4 körpə ölüb
İraqın cənubundakı Divaniyyə şəhərindəki doğum evində gecə saatlarında yanğın baş verib. Əraziyə yanğınsöndürmə briqadası göndərilib.
İraqın səhiyyə naziri Salih əl-Hesnəvi hadisə yerində jurnalistlərə verdiyi açıqlamada yanğının xəstəxananı təmir edən tikinti şirkətinə məxsus tullantı materialları olan konteynerdə baş verdiyini, xəstəxana binasının yanmadığını, tüstü ilə dolduğunu bildirib.
Nazir əl-Hesnavi 4 körpənin tüstüdən zəhərlənərək öldüyünü bildirib. Əl-Hesnəvi bildirib ki, istintaqın yekun nəticələri 3 gündən sonra açıqlanacaq. İraq Qızıl Ayparası 36 nəfərin yaralandığını, 150 uşaq və 190-dan çox insanın xəstəxanadan təxliyə edildiyini açıqlayıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...