İndoneziya “Boeing 737” təyyarələrindən istifadə etməyəcək
Xəbər verdiyimiz kimi, yanvarın 5-i axşam saatlarında ABŞ-nın Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən məcburi eniş edib. Bu hadisədən sonra İndoneziya bu model təyyarədən müvəqqəti olaraq istifadə etməyəcək.
ABŞ Federal Aviasiya Administrasiyasının koordinasiyası və Nəqliyyat Nazirliyinin qəbul etdiyi qərarla hava nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə Lion donanmasında 3 ədəd Boeing 737 MAX 9 tipli təyyarənin olduğu bildirilib.
“Lion Air”in sözçüsü Dananq Mandala Prihantoro aviaşirkətin təyyarələri yerdə saxlamağa qərar verərək profilaktik addımlar atdıqlarını və orta kabin təcili çıxış qapısında əlavə yoxlama aparıldığını açıqlayıb.
Qeyd edək ki, “Alyaska Airlines” həmçinin Federal Aviasiya Administrasiyası tərəfindən dərc edilən "Təcili Uçuşa Yararlılıq Direktivi"nə əsasən idarə etdiyi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırılacağını açıqlayıb.
Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus Boeing 737 Max 8 tipli təyyarə 2018-ci ilin oktyabrında 189 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb olmuşdu.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...