Cənubi Koreyada it ətini qadağan edən qanun layihəsi Milli Assambleyada qəbul edilib
Cənubi Koreyada it ətinin ticarətini və istehlakını qadağan edən qanun layihəsi Milli Assambleyada təsdiqlənib.İtlərin yetişdirilməsi, kəsilməsi, paylanması və ət üçün satışını qadağan edən qanun layihəsi lehinə 208, bitərəf 2 səslə qəbul edilib.
Qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır və qanunu pozanlara maksimum 2 il həbs və ya təxminən 23 min dollar pul cəzası verilə bilər. Qanun layihəsi həmçinin it əti sənayesində çalışan insanlara iş yerlərini dəyişmək üçün subsidiyaların verilməsini nəzərdə tutur.
Hökumətin məlumatına görə, Cənubi Koreyada təxminən 1150 it ferması, 34 qəssab, 219 distribyutor və it ətindən hazırlanan yeməklər satan 1600-ə yaxın restoran var. Cənubi Koreyada keçirilən sorğuda iştirakçıların yüzdə 90-dan çoxu it əti yeməyi düşünməyəcəklərini bildiriblər.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...