Qazax şəhərində əl qumbarası aşkarlanıb
Fevralın 3-də axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınıb.
Agentlik bir daha vətəndaşlara çağırış edərək bildirir ki, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat versinlər: “Unutmayın, partlamamış hərbi sursatlar da minalar qədər təhlükəli və ölümcüldür. Partlayıcı sursatlara yaxınlaşmayın, toxunmayın, onlara müdaxilə etməyə çalışmayın!”
Bakının bir sıra yollarında nəqliyyatın...
Bahar Muradova Nyu-Yorkda serbiyalı...
ƏƏSMN: 18 yaşınadək əlilliyi müəyyən...
Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi...
Bahar Muradova BMT-nin qadın haqları...