FHN: Ötən sutka ərzində 25 yanğına çıxış olub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti təhvil verilib.
Nazirlik: Yeni artımlar üçün əlavə 1,4...
Faktiki hava: bəzi rayonlarda yağıntılı...
AQTA: “İlğım” əmtəə nişanlı saxta...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Bakıda sulu qar, dağlıq və dağətəyi...