9 fevral 2025, bazar Bakı, 1°C
IMG-LOGO

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

04-02-2025
IMG

Ümumdünya Xərçənglə Mübarizə Günü — 4 fevralda xərçəng haqqında məlumatlılığın artırılması və onun profilaktikası, aşkar edilməsi və müalicəsinin təbliği məqsədilə qeyd olunan beynəlxalq gündür. Bu gün 2008-ci ildə yazılmış Ümumdünya Xərçəng Bəyannaməsinin məqsədlərini dəstəkləmək üçün Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı  tərəfindən keçirilir.

 Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi xərçəngin yaratdığı xəstəlikləri və ölümləri əhəmiyyətli dərəcədə azaltmaq və xəstəliyə diqqəti çəkmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının  onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin  hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

Agentliyin Onkoloji Xəstəliklər üzrə Qlobal Observatoriyanın 2022-ci ilə olan məlumatları göstərir ki, xərçəng xəstəlikləri arasında ən çox yayılmış ağciyər xərçəngidir. Xərçəngə yeni yoluxma hallarının 12,4 faizi bu növün payına düşür. İkinci yerdə 11,6 faizlə  süd vəzi xərçəngidir. Ardınca kolorektal xərçəng (1.9 milyon yoluxma, 9,6 faiz), prostat vəzi xərçəngi (1.5 milyon, 7,3 faiz) və mədə xərçəngi (970 000 yoluxma, 4,9 faiz) gəlir.

2022-ci ildə onkoloji xəstəliklərdən baş verən ölüm hallarının əsas səbəbləri ağciyər xərçəngi, qaraciyər xərçəngi, süd vəzi və mədə xərçəngi olub. Ağciyər xərçənginə yoluxma hallarının artmasına səbəb böyük ehtimal Asiya ölkələrində tütün istehlakı üzrə göstəricilərin daim yüksək olmasıdır.

Alimlərin proqnozlarına görə, 2040-cı ildə bu xəstəliyə 28.4 milyon qlobal yoluxma halı baş verəcək ki, bu da 2020-ci illə müqayisədə 47 faiz çoxdur. Ən çox göstərici keçid iqtisadiyyatı ölkələrində qeydə alınacaq.ərəcədə azaltmaq və xəstəliyə diqqəti çəkmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir.

Qeyd edək ki, Ümumdünya Xərçənglə Mübarizə Günü dezinformasiyanı hədəf alır, maarifləndirməni artırır və stiqmanı azaldır. Ümumdünya Xərçənglə Mübarizə Günündə xərçəngdən əziyyət çəkənlərə dəstək olmaq üçün bir çox təşəbbüslər həyata keçirilir.

Paylaş: