Bakının bir sıra rayonlarına içməli suyun verilişi məhdudlaşdırılacaq
Bu gün axşam saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı qəsəbənin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bundan başqa, Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Ölkə ərazisində yağıntılı və küləkli...
Zərifə xanım Əliyevanın zəngin elmi irsi...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
DSMF “Pan Finance Awards 2025”...
Azərbaycan əməyin mühafizəsi sahəsində...