Yaponiyanın şimalına rekord səviyyədə qar yağıb
Yaponiyanın “NHK” ictimai yayımının Yaponiya Meteorologiya Agentliyinə istinadən verdiyi xəbərə görə, son 12 saatda yağan qarın miqdarı Yaponiyanın şimalındakı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb. Səlahiyyətlilər hər iki şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək səviyyəsi olduğunu açıqlayıb.
Qar yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib. Hokkaydo bölgəsində nəqliyyatın hərəkətində fasilələr yaranıb, bölgədəki Obihiro və Vakkanai hava limanlarında bütün uçuşlar ləğv edilib. Bölgədə soyuq havanın təsirinin davam edəcəyi gözlənilir.
İranın Şəhid Rəcai limanında partlayış...
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...