Dünyanın ən böyük aysberqi "A23a" Atlantik okeanında quruya çırpılıb
BBC-nin məlumatına görə, peyk görüntüləri dünyanın ən böyük aysberqi kimi tanınan “A23a”nın hazırkı vəziyyətini ortaya qoyub.
Müvafiq olaraq, “A23a” qurudan 80 km aralıda Cənubi Corciya adasının sahillərindəki dayaz kontinental şelfə dəyib və quruya çırpılıb.
Böyük miqdarda qida maddəsi olan aysberqin parçalanaraq əridiyi zaman okeanda həyatın partlamasına səbəb ola biləcəyi iddia edilir.
Böyük Britaniyanın milli qütb tədqiqat institutu "British Antarctic Survey" eksperti professor Nadine Johnstonun fikrincə, bu, boş bir səhranın ortasına qida bombası atmağa bənzəyir. Cənubi Corciya hökumətinin məsləhətçısı ekoloq Mark Belçier isə deyib ki, əgər o parçalansa, nəticədə yaranan aysberqlər yerli cərəyanlarda hərəkət edən gəmilər üçün təhlükə yarada və gəmilərin yerli balıqçılıq sahələrinə çıxışını məhdudlaşdıra bilər.
Qeyd edək ki, 1986-cı ildə Antarktika sahillərindən qoparaq Ueddell dənizində quruya oturan və buz adasına çevrilən “A23a” təxminən 40 il sonra 2024-cü ildə yenidən aktivləşib. Yazda nəhəng bir burulğana tutulmuş buzlaq şimala doğru sürüşməyə başlayıb.
Son elmi araşdırmada “A23a”nın səth sahəsi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metr olaraq ölçülüb.
İstanbul hava məkanında "leylək"...
ABŞ-da yumurta böhranı...
Mozambik və Malavidə "Jude" qasırğası...
Konyada 4,2 bal gücündə zəlzələ olub...
Astronomlar kiçik qayalı planetlərdən...