12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Sabiha Gökçen hava limanında uçuşların azaldılması ilə bağlı yeni açıqlama

04-02-2025
IMG

İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 6-da Sabiha Gökçen Beynəlxalq Hava Limanı üçün alınan reyslərin azaldılması qərarı uçuşların 20 faizini əhatə edəcək şəkildə yenidən nəzərdən keçirilib. Sabiha Gökçen Beynəlxalq Hava Limanı Müdirliyi Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) iclasından sonra məsələ ilə bağlı açıqlama verib. Açıqlamada "Sabiha Gökçen Hava Limanında gözlənilən mənfi meteoroloji şərtlər səbəbiylə, 6 Fevral üçün yüzdə 10 uçuş ləğvinə əlavə olaraq, qalan uçuşların yüzdə 20-si və 7 Fevralda olan uçuşların yüzdə 10-u ləğv ediləcək."-deyə məlumat verilib. 

Sərnişinlərdən uçuşların son vəziyyətini hava yolu şirkətlərinin internet saytından və zəng mərkəzlərindən izləmələri istənilib.

Paylaş: