12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Türkiyə Prezidenti zəlzələnin birinci ildönümündə fəlakət bölgəsinə gedəcək
 

03-02-2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il fevralın 6-da baş vermiş, əsrin fəlakəti adlandırılan zəlzələnin birinci ildönümündə fəlakət bölgəsinə gedəcək.

Fhnews.az xəbər verir ki, Ərdoğanın ilk səfərini bu gün Hataya edəcəyi gözlənilir.

Fevralın 6-da isə ölkə başçısı zəlzələlərin mərkəzi olan Kahramanmaraş şəhərinə gedəcək. Prezident görülən işlərlə tanış olacaq, tikintisi başa çatan yaşayış binalarının təhvil verilməsi mərasimində iştirak edəcək.

Ərdoğan yaxın günlərdə zəlzələ bölgəsinə səfərlərini davam etdirəcək.

Paylaş: