12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğradı

22-03-2024

Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğrayıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin səlahiyyətliləri məlumat veriblər.

Məlumata görə, təyyarə Antiokiya inzibati bölgəsindəki Yarumal qəsəbəsində dağlıq ərazidə yerə çırpılıb və alovlanıb.

Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Qəza nəticəsində ikisi pilot, biri tibb bacısı və biri həkim olmaqla dörd nəfər ölüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Paylaş: