BMT-nin müqəddəs kitablarla bağlı qərarı
Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirən qətnaməsi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsinə daxil edilib.
Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi, səfir Gülnur Aybet sosial media platformasında verdiyi açıqlamada, BMT Baş Assambleyasının törədilmiş cinayətlərin beynəlxalq hüququn pozulması olduğunu bildirən qətnaməni əlavə etdiklərini bildirib.
Aybet keçən il UNESCO-nun 216-cı İcraiyyə Şurasının iclasında irqçilik, ayrı-seçkilik və nifrət cinayətləri ilə bağlı qərara islamofobiya ilə mübarizəni də daxil etdiklərini söyləyərək fikirlərini belə ifadə edib :
"Hər cür nifrət cinayətlərinə qarşı mübarizəni dəstəklədiyimizi bildirməklə yanaşı, son illər anti-islam cinayətlərinin həyəcanverici şəkildə artdığını vurğuladım. Qeyd etdim ki, UNESCO bu məsələ ilə bağlı BMT-nin qətnamələrinə uyğun fəaliyyət göstərməlidir.”
Xatırladaq ki, 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edərək, dini inanclarına görə insanlara, müqəddəs kitablara və dini yerlərə qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyıb.
Minskdə MDB məkanında əmək...
Ekspertlər “YouTube” platformasında...
İstixana qazları kosmosun çirklənməsinə...
Astronomlar Saturnun 128 yeni peykini...
“WaterAid”: Temperaturun yüksəlməsi daha...