12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da betonqarışdıran məktəbli avtobusuna çırpılıb, xəsarət alanlar var 

23-03-2024

ABŞ-ın Texas ştatında məktəbli avtobusu və betonqarışdıran maşının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində biri uşaq olmaqla iki nəfər həyatını itirib. 

Fhnews.az xəbər verir ki, bu barədə “Associated Press” yerli orqanlara istinadən bildirib.

Məlumata görə, hadisədə avtobusdakı uşaq və avtobusun ardınca hərəkət edən avtomobildə olduğu güman edilən kişi ölüb. Bundan başqa, yol qəzasında 51 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Agentliyin məlumatına görə, betondaşıyan 44 uşaq və 11 böyüyü daşıyan avtobusa çırpılıb. Avtobus uşaqların ekskursiyaya aparıldığı zooparkdan qayıdırmış.

Paylaş: