Yaponiyada sükan arxasında mobil telefondan istifadə nəticəsində baş verən qəzalar rekord həddə çatıb
Yaponiyada sürücülərin sükan arxasında mobil telefondan istifadə edərkən törətdikləri avtomobil qəzalarının sayı 2023-cü ildə rekord həddə çatıb.
Fhnews.az The Japan news saytına istinadla xəbər verir ki, Milli Polis Agentliyinin məlumatına görə, adətən ölümlə və ya ağır xəsarətlərlə nəticələnən belə qəzaların sayı əvvəlki illə müqayisədə artaraq 122-yə çatıb. Bu, müvafiq qeydiyyatın aparıldığı 2007-ci ildən bəri ən yüksək göstəricidir.
Yaponiyanın hakimiyyət orqanları avtomobil idarə edərkən smartfon və digər mobil cihazlardan istifadəyə görə cərimələri 2019-cu ildə üç dəfə artıraraq 18 min yenə (təxminən 120 dollar) çatdırıb.
Ekspertlər “YouTube” platformasında...
İstixana qazları kosmosun çirklənməsinə...
Astronomlar Saturnun 128 yeni peykini...
“WaterAid”: Temperaturun yüksəlməsi daha...
Dubay azad zonada ilk qlobal Beynəlxalq...