Təbii fəlakətlərə qarşı süni intellekt modeli
Daşqınlar hər il dünyada 7000-dən çox insanın ölümünə səbəb olur və hər il daşqın riski artır. “Nature” jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar daşqınları günlər öncədən proqnozlaşdıra bilən yeni süni intellekt modeli hazırlayıblar.Bu model mövcud proqnozlaşdırma metodları ilə müqayisədə əhəmiyyətli dərəcədə uzunmüddətli və etibarlı daşqın proqnozları verməyə qadirdir. Bildirilib ki, bu model 80-dən çox ölkədə pulsuz istifadəyə verilir.
Alimlər daşqın proqnozlarını təkmilləşdirə bilsələr, yüzlərlə insanın həyatını xilas etmək və maddi ziyanın qarşısını almaq olar.
Süni intellektin necə kömək edə biləcəyini başa düşmək üçün ölçülməmiş su hövzələri anlayışını başa düşmək çox vacibdir. Bunlar suyun səviyyəsi haqqında məlumat toplamaq üçün lazımi alətlər və infrastruktura malik olmayan ərazilərdir. Bu, ənənəvi daşqın proqnozlaşdırma üsullarını demək olar ki, qeyri-mümkün edir. Daşqınla bağlı fəlakətlərin 90 faizindən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verdiyindən, məlumat çatışmazlığı bu cür hadisələrin proqnozlaşdırılması və hazırlanmasında əhəmiyyətli çətinlik yaradır.
“Google ReSearch”də Daşqının Proqnozlaşdırılması qrupundan Grey Nearinq və həmkarları ölçülməyən ərazilərdə proqnozlaşdırma üçün süni intellekt modeli işləyib hazırlayıblar. Onlar 7 günlük proqnoz dövrü ərzində ölçülməmiş su hövzələrində gündəlik axını proqnozlaşdırmaq üçün modeli 5,680 mövcud ölçü cihazında tətbiq ediblər.
Model 80-dən çox ölkədə ictimaiyyətə açıq (pulsuz) proqnozlar istehsal edən operativ erkən xəbərdarlıq sisteminə daxil edilib.
Ekspertlər “YouTube” platformasında...
İstixana qazları kosmosun çirklənməsinə...
Astronomlar Saturnun 128 yeni peykini...
“WaterAid”: Temperaturun yüksəlməsi daha...
Dubay azad zonada ilk qlobal Beynəlxalq...