12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çilidə şiddətli meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

03-02-2024

Çili ölkənin mərkəzində azı 10 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə mübarizə apardığı üçün fövqəladə vəziyyət elan edib.

Fhnews.az “Aljazeera” saytına istinadla xəbər verir ki, Prezident Qabriel Borik bütün qüvvələrin meşə yanğınlarına qarşı mübarizəyə səfərbər olunduğunu bildirib.

Cümə günündən başlayan yanğın minlərlə hektar meşə sahəsini məhv edib, sahilyanı şəhərləri sıx boz tüstü dumanına bürüyüb və Vina del Mar, Valparaiso əyalətlərinin mərkəzi bölgələrindəki insanlar evlərini tərk etməyə məcbur olublar.

Valparaiso milli meşəçilik korporasiyasının direktoru Leonardo Moder müşahidə olunan sərt küləyin də yanğının sürətinə təsir etdiyini bildirib.

Paytaxtın cənub-qərbindəki Estrella və Navidad şəhərlərində yanğınlar nəticəsində 30-a yaxın ev yanıb.

Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7000 hektardan artıq ərazi tam sıradan çıxıb.

Məlumatda qeyd olunub ki, cümə günündən etibarən Valparaisonu paytaxt Santyaqo ilə birləşdirən yol bağlanıb.

Paylaş: