Yunanıstanın Mülki Müdafiə Baş Katibliyi Santorini adasında fövqəladə vəziyyət elan edib
Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş Katibliyi son günlər Egeydə intensiv seysmik fəaliyyətdən təsirlənən Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilməsinə qərar verib.
Afinadan adaya gedən mütəxəssis qrupu binalarda araşdırmaya başlayıb. Mütəxəssislər tez-tez baş verən zəlzələlər səbəbindən sürüşmə təhlükəsinə görə sakinlərdən diqqətli olmağı xahiş ediblər.
Bildirilib ki, Santorini 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib.Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürmə briqadaları göndərilib.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...