12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Yunanıstanın baş naziri Egeydəki seysmik fəaliyyətlə bağlı daha optimist olduqlarını söyləyib

05-02-2025
IMG

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ekspertlərin rəylərinə əsaslanaraq, Egeydəki seysmik aktivliyə dünənkindən daha optimist olduqlarını bildirib. Mitsotakis İqlim Böhranı və Mülki Müdafiə Nazirliyində rəsmilərin və ekspertlərin iştirak etdiyi Egey dənizində seysmik aktivliyə dair iclasda iştirak edib.

İclasda vəziyyəti dəyərləndirən Mitsotakis bildirib ki, Egey dənizində ümumən aktiv seysmik quruluşa malik Santorini adası mütəxəssislər üçün geoloji “emalatxana”dır.Mitsotakis ekspertlərin son vəziyyətlə bağlı təqdimatlarını dinləyib və xəbərdarlıqlara diqqət yetirməyin vacibliyini önə çəkib.

Mitsotakis təqdimatlara toxunaraq "Bu gün dünənkindən daha optimistik. Digər tərəfdən, zəlzələlərin təbii ki, proqnozlaşdırıla bilməyəcəyini vurğulamaq istərdim"-deyə əlavə edib.

Paylaş: