12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub

07-02-2025
IMG

Fevralın 7-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

Kollegiyanın iclası zamanı Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, eyni zamanda, Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Paylaş: