12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Türkiyə əhalisinin sayı açıqlanıb

06-02-2025
IMG

31 dekabr 2024-cü il tarixinə görə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki ilə nisbətən 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb. Türkiyə Statistika Təşkilatı  2024-cü il üçün Ünvan Əsaslı Əhali Qeydiyyat Sisteminin nəticələrini açıqlayıb. 31 dekabr 2024-cü il tarixinə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki ilə nisbətən 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb.

Əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib.

Ünvan Əsaslı Əhalinin Qeydiyyatı Sisteminin  nəticələrinə görə, Türkiyədə yaşayan əcnəbi əhalinin sayı əvvəlki illə müqayisədə 89 min 996 nəfər azalaraq 1 milyon 480 min 547 nəfərə çatıb. Bu əhalinin 48,3 faizini kişilər, 51,7 faizini isə qadınlar təşkil edib. Əhalinin illik artım tempi 2023-cü ildə mində 1,1 olduğu halda, 2024-cü ildə mində 3,4 olub.

İstanbulun əhalisi isə əvvəlki ilə nisbətən 45 min 678 nəfər artaraq 15 milyon 701 min 602 nəfərə çatıb.

Paylaş: