12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

THY gözlənilən qar yağışı səbəbindən bəzi reysləri təxirə salıb

05-02-2025
IMG

Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozlarına görə, son 2 gündə İstanbulda hava şəraitinin dəyişəcəyi və qar yağacağı gözlənilir. Temperatur kəskin şəkildə aşağı enəcək. ”Türk Hava Yolları” da bu səbəbdən  fevralın 5-6-da İstanbul hava limanından qalxan və gələn bəzi reyslərin ləğv edildiyini açıqlayıb.
“Türk Hava Yolları”ndan verilən açıqlamada bildirilir ki,  İstanbulda gözlənilən qar yağışı səbəbiylə Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) aldığı məhdudiyyət qərarı ilə əlaqədar olaraq, 5 və 6 fevral tarixlərində İstanbul Hava Limanından qalxan və eniş edən bəzi reyslər ləğv edilib. Vətəndaşlar uçuşlarla bağlı son məlumatları THY-nın uçuş sorğu linkindən, internet səhifələrindən və ya  zəng mərkəzlərindən  ala bilər.

Paylaş: