Şimali Amerikada henipavirus xəbərdarlığı
Şimali Amerikada ilk dəfə aşkar edilən ölümcül virusla elm dünyası həyəcan təbili çalır. Alabama ştatında aparılan araşdırmalar Camp Hill virusunun varlığını ortaya çıxarıb. Bu kəşf göstərir ki, henipavirus ailəsi əvvəllər düşünüldüyündən daha geniş coğrafiyaya yayıla bilər. Henipaviruslar Hendra və Nipah kimi virusların insanlarda və heyvanlarda ağır xəstəliklərə və yüksək ölüm nisbətlərinə səbəb olduğu bilinir. Bu kəşf virusların əvvəllər düşünüldüyündən daha geniş qlobal yayılmasına malik ola biləcəyini göstərir.
İlk dəfə Avstraliyanın Brisben şəhərində aşkar edilən Hendra virusu və Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Banqladeşdə baş verən epidemiyalarda ölüm nisbətlərinin yüzdə 40-75 arasında olduğunu bildirən Nipah virusu henipavirusların insanlar üçün necə böyük təhlükə yaratdığının nümunələridir. Kvinslend Universitetinin alimi Rhys Parry Alabama ştatında aparılan araşdırmada Şimali Amerikada Camp Hill virusunun aşkarlanmasının çox əhəmiyyətli olduğunu ifadə edərək bu kəşfin henipavirusların daha geniş coğrafiyada mövcud ola biləcəyini ortaya qoyduğunu vurğulayıb. Camp Hill virusu Kanada və ABŞ-da geniş yayılmış şimal qısaquyruqlu siçanlarda aşkar edilib. Parry bu virusun insanlar üçün təhlükə törətdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyib. "Henipavirusların insanlara ötürülməsinə misal olaraq Çindəki Langya virusunu göstərmək olar və bu virus siçanlardan insanlara keçib. Bu, siçanlardan insanlara keçmənin mümkün olduğunu göstərir" -deyə Parri bildirib.
Tədqiqatda iştirak edən digər tədqiqatçı alim Ariel Isaacs bu virus ailəsi üçün peyvəndlərin hazırlanmasının tədqiqatçıların diqqət mərkəzində olduğunu bildirib. "Bu araşdırmada növbəti addım virusun hüceyrəyə daxil olmasında iştirak edən əsas səth zülallarını xarakterizə etmək olacaq. Beləliklə,. virus ailəsi haqqında daha çox məlumat əldə edə və qorunma üsullarını inkişaf etdirə bilərik”-deyə alim bildirib.
Böyük Britaniyanın yeni robot itləri...
Türkiyədə sərnişin avtobusu aşıb,...
İstanbulda dəniz suyu çəkilib...
Çinin Harbin şəhərində IX Qış Asiya...
İkinci Dünya Müharibəsində Braziliya...