Romanın “Ciampino” aeroportunda yanğın törədilib
İtaliyanın paytaxtı Romanın “Ciampino” hava limanında kiçikmiqyaslı yanğın baş verib.
Fhnew.az xəbər verir ki, yanğın aeroportun nəzarət qülləsinin əməliyyat otaqlarının birində başlayıb. Tüstü səbəbindən ofislər boşaldılıb. Yanğınsöndürənlər alovun geniş əraziyə yayılmasının qarşısını alıblar.
Hava limanında əməliyyatlar bir neçə saat dayandırılıb, hazırda uçuşlar normal vəziyyətə qayıdıb.
İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin məlumatına görə, aeroportda hava hərəkətinin idarə edilməsi üçün zəruri olan avadanlıq və sistemlərə heç bir ziyan dəyməyib.
Yanğına Gürcüstan vətəndaşının səbəb olduğu bildirilib. Belə ki, o, aeroportun qadağan olunmuş ərazisinə daxil olub, burada aviadispetçerlə arasında münaqişə olub, qaçaraq nəzarət qülləsinin yaxınlığındakı ofislərdən birinə sığınıb və oranı yandırıb. Polis həmin şəxsi saxlayıb, hazırda araşdırmalar aparılır.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...