12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

08-02-2025
IMG

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub.

Fhnews.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 185 (17%) iş üzrə intizam icraatı başlanılıb, 931 (83%) iş üzrə isə intizam icraatı başlanılmayıb. İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11-i (6%) qeyri-dövlət təşkilatlarından, 127-si (69%) isə fiziki və hüquqi şəxslərdən daxil olub.

İntizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib. Belə ki, 41-i (20%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11-i (6%) irad, 34-ü (17%) töhmət, 55-i (27%) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32-si (16%) qiymət verilməsinin mümkün olmaması, 12-si (6%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17-si (8%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.

Hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Paylaş: