12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Ötən il rəqabətin məhdudlaşdırılması üzrə 161 müraciətə baxılıb

07-02-2025
IMG

2024-cü il ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumilikdə 161 müraciətə baxılıb, onlardan 92-si təmin olunub.

Dövlət Xidmətindən verilən məlumata görə, baxılmış müraciətlərin sayında 2023-cü il ilə müqayisədə 3 dəfədən çox artım müşahidə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərini davam etdirir.

Paylaş: