12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Ötən ay “ən isti yanvar” kimi qeydə alınıb

06-02-2025
IMG

Avropa Birliyinin Kopernik peyk izləmə sistemi planeti soyudan La Nina hava fenomeninə baxmayaraq, keçən ayın ən isti yanvar olduğunu bildirib.
Kopernikdən verilən açıqlamaya görə, keçən ay orta temperatur 13,23 dərəcə olaraq ölçülüb.Bu, 1850-1900-cü illəri əhatə edən "sənayedən əvvəlki dövr" üçün orta göstəricidən 1,75 dərəcə yuxarıdır. 

Beləliklə, orta temperaturun 13,14 dərəcə ilə ölçüldüyü 2024-cü ilin yanvar ayı rekordu qırılıb və ötən ayın ən isti yanvar ayı kimi qeydə alınıb. 2025-ci ilin yanvar ayı üçün Avropanın kontinental orta temperaturu 1,80 dərəcə ölçülüb.Bu, keçən ayın 2020-ci ildən sonra Avropada rekord həddə ən isti yanvarın yaşandığı "ikinci ən isti yanvar" olduğunu göstərir. 

Xatırladaq ki, 2024-cü ildə dünya özünün ən isti ilini yaşadı və orta temperatur artımı ilk dəfə olaraq 1,5 dərəcəni keçdi.

Paylaş: