12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq

05-02-2025
IMG

Bu gün Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Fhnews.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş: